ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenskinin avqustun 18-də keçiriləcək görüşündə iştirak etmək niyyətində olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Zelenskinin xahişi ilə mən onun bazar ertəsi ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qoşulacağam", - deyə o vurğulayıb.
AK rəhbəri, həmçinin təsdiqləyib ki, avqustun 17-də axşam saatlarında Zelenskinin iştirakı ilə "İstəklilər koalisiyası"nın telekörpüsü keçiriləcək.
Bundan başqa, Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.