RU

Sabah Avropa liderləri Trampla görüşəcək


Avropa liderlərinin iştirakı ilə ABŞ prezidenti Donald Trampla mühüm görüş keçiriləcək.

Gələn bazar ertəsi Ağ Evdə baş tutacaq görüşdə Ukrayna prezidenti Volodimir Zelenski, Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Keyr Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Corciya Meloni, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO baş katibi Mark Rütte iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu, Zelenskinin fevral ayında Ağ Evdə yaşanan gərginlikdən sonra ABŞ-a ilk səfəri olacaq. Görüşdə əsas müzakirə mövzularının Ukrayna müharibəsi, NATO-nun təhlükəsizlik siyasəti və Avropa–ABŞ münasibətlərində gələcək əməkdaşlıq məsələləri olacağı gözlənilir. Musavat.com


Избранный
38
42
nuh.az

10Источники