RU

Qızıl hissəcikləri olan kosmetik vasitələr effektivlidir, yoxsa?

Kosmetoloq Fatimə Cumabayeva qızılı hissəciklərlə zənginləşdirilmiş kosmetik vasitələrin real təsirini qiymətləndirib. Onun sözlərinə görə, bu məhsullar sadəcə marketinq gedişi deyil, həqiqətən də dəriyə fayda göstərə bilər.

E-saglam.az-ın məlumatına görə, Cumabayeva Lenta.ru-ya açıqlamasında bildirib ki, qızılı əlavəli kremlər və serumlar iltihabəleyhinə təsir göstərir, piqmentasiyanı azaldır, dərini parlaq edir və hüceyrələrin bərpasını sürətləndirərək yaşlanmaya qarşı təsir göstərir.

“Qızılı kosmetikanın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, tez-tez istifadə olunan hialuron turşusunun təsirini gücləndirir. Dərinin kollagen və elastin istehsalını aktiv şəkildə stimullaşdırır və beləliklə gənc görünüşü qorumağa kömək edir”, – deyə o vurğulayıb.

Bununla belə, mütəxəssis qeyd edib ki, real effekt yalnız qızılı hissəciklərin dərinin dərin qatlarına nüfuz etdiyi halda əldə olunur. Əks halda onlar sadəcə epidermisdə qalır və gözlənilən nəticəni vermir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
28
35
e-saglam.az

10Источники