RU

Tramp Zelenski ilə görüşdə ərazilərin mübadiləsi məsələsini müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Əsas məsələ Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirik ki, bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirik ki, bunların hamısı tezliklə sülh sazişi ilə başa çatacaq”, – o, CNN telekanalının efirində bildirib.

Uitkoff ümid etdiyini bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukraynanın üçtərəfli görüşünü təşkil edə biləcək:

“Düşünürəm ki, bizim üçtərəfli görüşümüz olacaq. Ümid edirəm ki, bazar ertəsi Volodimir Zelenski ilə məhsuldar görüşümüz olacaq və orada razılığa gələcəyik. O zaman biz Rusiya ilə təmaslara qayıda, sülh sazişi üzrə irəliləyə və onu bağlaya biləcəyik”.

Bununla belə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiya prezidenti Vladimir Putinin artıq belə bir görüşə razılıq verib-verməməsi sualına birbaşa cavab verməyib.

MənbəREPORT
Избранный
30
50
banker.az

10Источники