RU

Sərnişin təyyarəsi havada yandı

BERLİN, 17 avqust. TELEQRAF

Korfu adasından Düsseldorfa uçan Almaniyanın "Condor" aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikində nasazlıq səbəbindən İtaliyanın cənubundakı Brindizidə məcburi eniş etmək məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarədə 273 sərnişin və 8 ekipaj üzvü olub. Havaya qalxdıqdan az sonra Boeing 757-nin sağ mühərrikində alov çıxıb. Lakin şirkətdən bildiriblər ki, mühərrikdə yanğın olmayıb və alov müvəqqəti olaraq müşahidə edilib.

Pilot kabinəsinin displeyi mühərrikin hava axınında problem olduğunu göstərib. Nəticədə təyyarənin Korfudan təxminən 200 km şimal-qərbdə Brindiziyə endirilməsi barədə qərar qəbul edilib. Hazırda hadisənin səbəbləri araşdırılır və təyyarəyə yerində baxış keçirilir.

Oteldə kifayət qədər nömrə olmadığından bir çox sərnişin hava limanında gecələmək məcburiyyətində qalıb.

Избранный
27
46
teleqraf.com

10Источники