RU

Məşhur hotel AQTA-nın cəriməsini ləğv etdirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur "East Legened" hoteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, agentlik protokol üzrə yazılmış cərimənin 4 il sonra ödənilməsini istəyib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, agentlik hoteli 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.

Hadisədən 4 il keçdikdən sonra agentlik hotel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin hotel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.
 

Belə ki, agentliyin 4 il sonra hotelə məktubla müraciət edərək, həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılmasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.


Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə hotel məsuliyyətə cəlb edilə bilməz.

Bizim.Media

Избранный
77
50
bizim.media

10Источники