Üzərindəki dəmir parçaları qırıq vəziyyətdədir... Körpünün hər tərəfində böyük çatlar var...
Xezerxeber.az xəbər verir ki, Masallı rayonu Təklə kənd fermerləri onlara verilən pay torpaqlarına ağır texnikalar salıb, şumlama, əkin-biçin aparmaqda çətinlik çəkirlər. Səbəb isə sahələrinə keçmək üçün körpünün nasaz olmasıdır.
Əkin sahələrinə getmək üçün maşın yolu mövcud olmadığından sakinlər sahələrinə ya Göytəpə çayının içindən keçməli, ya da Cəlilabad yolundan istifadə etməli olurlar.
Sakinlər deyir ki, yay aylarında çayın suyu azalır, sahəyə keçmək olur, amma bu zaman maşınların hissələri xarab olur, qışda isə ümumiyyətlə çaydan keçmək mümkün deyil.
Məsələ ilə bağlı Təklə bələdiyyə sədri İlkin Kərimov “Xəzər Xəbər”ə bildirib ki, uzun illər əvvəl kənd camaatı kustar üsulu ilə dəmir konstruksiyadan çayın üzərində körpü inşa etmişdilər. Hazırda körpünün texniki imkanları ondan istifadəni çətinləşdirib. Vətəndaşların istəyinə uyğun yeni körpünün inşa edilməsi məsələsinə aidiyyəti qurumlarla razılaşdırmaq şərti ilə gələcəkdə qanunamüvafiq qaydada baxıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.