RU

Geri dönüş yoxdur

Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın fövqəladə sammitindən sonra sərt bəyanatla çıxış edərək, Kiyevə sülh təkliflərini təslim olma tələbi adlandırıb.

Publika.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampa Avropa və Ukraynanın “vahid cəbhəsini” göstərəcəyini vəd edib.

"Putin sülh istəyirmi? Cavab xeyrdir. O, Ukraynanın təslim olmasını istəyir və onun təklif etdiyi də budur", - Makron deyib.

Fransa lideri Avropa nümayəndə heyətinin Vaşinqtona uçması üçün bir neçə sarsılmaz prinsipləri qeyd edib:

Kiyevsiz ərazi danışıqları yoxdur: "Ukraynanın səsi olmadan Ukrayna ilə bağlı ərazi danışıqları aparıla bilməz"

Ukrayna Silahlı Qüvvələri üçün heç bir məhdudiyyət yoxdur: "Ukrayna ordusunun ixtisarına dair istənilən razılaşma pozulmağa məhkum olacaq".

Избранный
117
21
publika.az

10Источники