RU

Uiteker: Ukrayna Avropa ölkələri üçün böyük hərbi texnika tədarükçüsünə çevriləcək

ABŞ artan müdafiə xərcləri fonunda Ukraynanın Avropa ölkələri üçün böyük hərbi texnika təchizatçısına çevriləcəyini düşünür.

"Report"un məlumatına görə, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Fox News" telekanalına müsahibəsində bildirib.

“Onlar (Ukrayna – red.), şübhəsiz ki, Avropaya hərbi texnika üzrə əsas təchizatçılardan birinə çevriləcəklər, çünki Avropa ölkələri artıq hər kəsin razılaşdığı 5 %-i (ÜDM-in 5 %-i – red.) xərcləməyə başlayacaqlar”, – deyə Uiteker qeyd edib.

Onun sözlərinə görə, artıq indidən Ukraynanın gələcək iqtisadiyyatı haqqında düşünmək lazımdır. O bildirib ki, müdafiə sənayesindən əlavə, Ukraynanın kənd təsərrüfatı sektoru, limanları və infrastrukturunu da bərpa etməsi lazım olacaq ki, bu da, əsasən, Avropadan "çoxlu maliyyə vəsaiti" tələb edəcək.

Избранный
74
12
report.az

10Источники