Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-a uçub.
Senzor.az bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak "Telegram" kanalında yazıb.
O qeyd edib ki, dövlət başçısı təqribən 6,5 saata təyinat yerinə çatacaq.
Xatırladaq ki, avqustun 18-də Zelenski Trampla hərbi münaqişənin mümkün həllini müzakirə etmək üçün Avropa liderləri ilə birlikdə Vaşinqtonda olacaq.