RU

Al Ghad Televiziyasında Tramp Marşrutu müzakirəsi: Əhməd Şahidov iranlı ekspert Səid Şaverdinin iddialarına cavab verdi

Misirin nüfuzlu Al Ghad Televiziyasında Zəngəzur dəhlizi və Cənubi Qafqazdakı son proseslər, xüsusən də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilən sülh razılaşması müzakirə edilib. Proqramda iranlı jurnalist və siyasi şərhçi Səid Şaverdi ilə Vaşinqtonda yaşayan siyasi şərhçi Əhməd Şahidov arasında debat baş tutub.

İranlı ekspert Səid Şaverdi iddia edib ki, “guya Zəngəzur dəhlizi ilə birlikdə ABŞ və İsrail orduları bölgəyə gələcək, ardından NATO qoşunları Cənubi Qafqaza daxil olacaq.”

Əhməd Şahidov isə cavabında bildirib ki, 35 illik müharibədən sonra Azərbaycan və Ermənistan arasında sülh əldə olunub. Onun sözlərinə görə, 2020-ci ildən sonra dünyanın müxtəlif paytaxtlarında keçirilən sülh danışıqları nəticəsiz qaldı, lakin nəhayət, Ağ Evdə aparılan müzakirələr uğurla nəticələndi və ABŞ bu prosesdə təminatçı rolunu üzərinə götürdü.

Əhməd Şahidov əlavə edib ki, “Tramp Koridoru” sırf iqtisadi layihədir və bölgədə hər hansı hərbi mövcudluqdan söhbət gedə bilməz. O, İranın səsləndirdiyi iddiaları əsassız və qərəzli adlandırıb.

Избранный
10
15
editor.az

10Источники