RU

"Sumqayıt"ın prezidenti: "Daha bir legioner cəlb etmək istəyirik" - MÜSAHİBƏ"

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin Sport24.az-a müsahibəsi

- İlk tur, böyük hesablı qələbə... Belə start gözləyirdiz?

- Mövsümə uğurlu start vermək çox önəmlidir. Komandama bu vəzifənin öhdəsindən gəldiyi üçün təşəkkürümü bildirirəm. Azarkeşlərə komandaya yaxşı dəstək olduqları üçün minnətdaram. Bütün "Sumqayıt" sevərləri yeni mövsümün başlaması münasibəti ilə təbrik edirəm.

- Nəticə bəllidir, bəs oyun oyun planında komandadan razı qaldınız?

- Nəticə yaxşıdır, 3 qolla qalib gəlmişik, amma bir oyunla hansısa böyük sözlər demək istəmirəm. Hələ çox şey dəyişə bilər. Çalışacağıq ki, bu yolla gedək və növbəti matçları da qələbə ilə başa vuraq.

- Mövsümlərarası fasilədə heyətə xeyli sayda yeni futbolçular cəlb etmisiz. Transferlər bitib, yoxsa yenə də olacaq?

- Bəli, yeni transfer olacaq. Müdafiə mövqeyinə hələ daha bir legioner futbolçu heyətə cəlb etmək istəyirik.

İdman.biz

Избранный
39
50
idman.biz

10Источники