Gəncədə avtomobil vurması nəticəsində ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.
“Qafqazinfo”nun məlumatına görə, 63 yaşlı Mehriban Quliyeva xəstəxanada vəfat edib.
Qeyd edək ki, 4 gün əvvəl “Mersedes” makalı avtomobil şəhərin Şah İsmayıl Xətai prospektində yolu keçən M.Quliyevanı vurmuşdu.