İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Xezerxeber.az bildirir ki, bu barədə “TRT Haber” xəbər yayıb.
"Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb", - məlumatda bildirilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırma aparılır.