Ukrayna Prezidenti Zelenski istəsə, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da mübarizəni davam etdirər.
Tribunainfo.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bunun necə başladığını xatırlayın. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişməz”,- deyə Tramp bildirib.
O, sabah Ağ Evdə böyük gün olacağını və heç zaman eyni vaxtda bu qədər çox Avropa liderinin Ağ evdə olmadığını deyib.