RU

SEPAH-dan dörd ölkəyə hədə: Paytaxtlarınızı vura bilərik

BAKI, 18 avqust. TELEQRAF

“Lazım gələrsə, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ-yə raket zərbələri endirə bilərik”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əmir Həyat Moqaddam deyib.

SEPAH zabiti Tehranın Berlin, Paris, London, Vaşinqton və Nyu-York kimi şəhərləri raketlərlə hədəfə ala biləcəyini iddia edib.

“Amerika və İsraillə müharibəni udduq, Hayfa və Təl-Əvivə raketlər atdıq. Bəlkə də növbəti raket Vaşinqtona düşəcək”, - Moqaddam vurğulayıb.

Həmçinin, o, iddia edib ki, SEPAH 2000 kilometr məsafədən raketlərlə ABŞ şəhərlərini hədəfə ala bilər: “SEPAH-ın Aerokosmik Qüvvələri 20 ildir bu məsələ üzərində işləyir”.

Avropa ilə bağlı SEPAH rəsmisi qeyd edib ki, hazırda bütün Avropa ölkələri İran raketlərinin əhatə dairəsindədir və bunu hazırkı raketlərlə də həyata keçirmək olar.

Избранный
27
29
teleqraf.com

10Источники