RU

İstanbulda avtobus aşıb, üç nəfər ölüb


İstanbulda insn tələfatı ilə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb. “TRT Haber”in məlumatında deyilir ki, yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Mətləb

Избранный
78
50
baki-xeber.com

10Источники