RU

Ötən həftə 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib - FHN - VİDEO

Ötən həftə ərzində 505 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Məlumatda qeyd edilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, 4 nəfər təxliyə olunub, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Избранный
36
50
day.az

10Источники