RU

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Avqustun 16-da və 17-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Избранный
139
23
operativmedia.az

10Источники