Xarkovda çoxmərtəbəli binaya RF Silahlı Qüvvələrinin zərbələri nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqübovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.
“İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər”, – deyə o qeyd edib.