RU

Avtomobilin vurduğu qadın 4 gün sonra öldü

Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

Ölkə.az-ın məlumatına görə, avqustun 13-də 1998-ci il təvəllüdlü Məmmədov Hüseyn Bəhrəm oğlu idarə etdiyi "Mercdes" markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını vurub.

Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mehriban Quliyeva ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
14
32
olke.az

10Источники