RU

Neymar 0:6 məğlubiyyətindən sonra göz yaşlarına boğuldu

"Santos" kapitanı Neymar komandanın Braziliya çempionatının 20-ci turunda "Vasko da Qama"ya 0:6 hesabı ilə dəhşətli məğlubiyyətindən sonra göz yaşlarını saxlaya bilməyib...

Poliqon xəbər verir ki, bu barədə uluz futbolçu "The Touchline" nəşri məlumat yayıb.

"Oyundan sonra Neymar hönkür-hönkür ağladı, həmkarlarının onu meydandan uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq uzun müddət sakitləşə bilmədi. O, stadionu sonuncular arasında tərk etdi", deyə nəşr yazır.

"Biz o qədər dəhşətli oynadıq ki. Bu rüsvayçılıqdır. Bu gün azarkeşlər haqlı olaraq bizi lənətləyə və söyə bilər. Mən utanıram. Həyatımda heç vaxt belə bir şey yaşamamışdım", - deyə Neymar oyundan sonra bəyan edib", deyə Neymar nəşrə açıqlamasında bildirib. 

Qeyd edəb ki, belə böyük məğlubiyyət hücumçunun karyerasında ilk dəfə baş verib.

Xatırladaq ki, iyulun 25-də "Santos" Braziliya hücumçusu Neymarla yeni müqavilə imzaladığını elan edib. 33 yaşlı futbolçunun Braziliya klubu ilə razılaşması indi 2025-ci ilin sonunadək qüvvədədir və müddətinin bitməsindən sonra uzadılma imkanını nəzərdə tutur.

Neymar 2023-cü ilin yayında Fransa "Pari Sen-Žermen" klubundan Səudiyyənin "Əl-Hilal" komandasına 90 milyon avroya keçmişdi. Cəmi beş oyun keçirib bir qol vura bilmişdi. 2023-cü il oktyabrın 18-də Neymar Braziliya yığması ilə Uruqvay qarşısındakı oyunda zədə alıb - onun çarpaz bağları və menisk cırılıb. Bərpaya bir ildən çox vaxt tələb olunub və o, növbəti dəfə 2024-cü ilin noyabrında meydana çıxıb. Eyni zamanda oyunçu "Barselona"da da çıxış edib və bu klub tərkibində Çempiolar Liqasını qazanıb.

Poliqon.info

Избранный
13
22
poliqon.info

10Источники