Tümendə səhər saatlarında AN-24 təyyarəsi Roşçino hava limanında uçuş-enmə zolağından çıxıb.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
“Avqustun 18-də səhər saatlarında AN-24 sərnişin təyyarəsi Roşçino hava limanından havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, 13-ü uşaq olmaqla 40 sərnişin olub. Tələfat yoxdur”, – məlumatda deyilir.
Baş verənlərin ilkin versiyası təyyarənin əyləc sistemində baş vermiş texniki nasazlıqlardır. Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir. Uçuş qaydalarının mümkün pozulması faktları ilə bağlı araşdırmaqabağı yoxlama təşkil edilib.