RU

Tramp Zelenski və Avropa liderlərini bu saatda qəbul edəcək

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında danışıqlar Bakı vaxtı ilə saat 20:15-də başlayacaq və bir saat davam edəcək.

XəzərNews.az xəbər verir ki, Ağ Ev rəhbərinin cədvəlini CNN telekanalı dərc edib.

Zelenski ilə söhbət başa çatdıqdan dərhal sonra Amerika prezidenti Ağ Evdə Avropa İttifaqının (Aİ) liderlərini qəbul edəcək.

Trampın Aİ nümayəndələri ilə çoxtərəfli görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 3 dəfə oxunub.
Избранный
53
50
xezernews.az

10Источники