RU

Eduard Spertsyan gələcəyi ilə bağlı danışdı

“Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan mümkün transferindən söz açıb.

Doğru.az xəbər verir ki, futbolçu “Match TV”yə açıqlamasında belə deyib:
“Gördüyünüz kimi, mən hələ də burada oynayıram. Hələ vaxt var, görək nə olacaq”.

25 yaşlı yarımmüdafiəçi bu mövsüm “Krasnodar”ın heyətində bütün turnirlərdə 8 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, daha əvvəl “Porto”nun Spertsyanla maraqlandığı barədə məlumat yayılmışdı.

DOĞRU.AZ

Избранный
37
50
dogru.az

10Источники