RU

Zelenski Trampla görüşə Avropa dəstəyi ilə çıxdı

Almaniyanın “Bild” nəşri hökumət mənbələrinə istinadən ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında bazar ertəsi Ağ Evdə gözlənilən görüşün təfərrüatlarını paylaşıb.

News365.az xəbər verir ki, nəşrin məlumatına görə, danışıqlarda Avropa liderləri də iştirak etsə də, Tramp ilkin olaraq yalnız Ukrayna prezidentini qəbul edəcək.

"Yalnız bundan sonra Zelenskini müşayiət edən Avropa İttifaqının  aparıcı siyasətçiləri ona qoşulacaqlar. Proqrama işçi nahar və geniş formatda çoxsaatlıq müzakirə daxildir", - media yazır.

Eyni zamanda, nəşr vurğulayıb ki, Ukrayna prezidenti Vladimir Zelenskini Vaşinqtona bir neçə Avropa dövlət və hökumət başçısı, Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi müşayiət etsə də, ABŞ prezidenti Donald Trampla münasibətlərin gərginləşməsi istisna oluna bilməz.

Zelenskini ABŞ-da tək buraxmayan liderlər sırasına Almaniya kansleri Fridrix Mertslə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Alexander Stubb, Böyük Britaniyanın baş naziri Key Starmer, İtaliyanın baş naziri Giorgia Meloni və NATO-nun baş katibi Mark Rutte daxildirş

Avropa liderləri niyə Amerikaya can atır, onlar nədən bu qədər narahatdırlar? Aydın görünür ki, Donald Tramp Vladimir Zelenskiyə təzyiq göstərmək yolu ilə onu ciddi ərazi itkilərinə razı salmaq istəyir. Avropa üçün isə Rusiyanın müharibədən bu qədər böyük avantajla çıxması təhlükəlidir. Ukrayna məsələsi Avropanın təhlükəsizliyi ilə birbaşa bağlıdır...
Ona görə də Avropa Ukraynanın minimal itkilərlə Rusiya ilə anlaşmasını istəyir. Rusiya isə Ukraynanın böyük bir ərazisinə iddialıdır. Başqa sözlə, Avropa liderləri Vladimir Zelenskini Donald Trampın təzyiqlərindən qorumaq üçün Vaşinqtona gediblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və 1 saat davam edəcək. ABŞ prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması isə Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Избранный
38
50
news365.az

10Источники