RU

Şəhidlər Xiyabanında video çəkən turistləri hansı cəza gözləyir?

Bakıda bir qrup xarici vətəndaşın Şəhidlər Xiyabanında qeyri-etik hərəkət edib.Bununla bağlı sosial şəbəkə video paylaşılıb.  Məlumata görə, əcnəbilər artıq Bakı polisi tərəfindən saxlanılıb. Hazırda araşdırma aparılır. Onların hərəkətlərinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, onların hansı ölkənin vətəndaşı olduqları hələki məlum deyil.

KONKRET.az-ın məlumatına görə, hadisə ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, həmin şəxslər inzibati tənbeh olunacaqlar:

“Şəhidlər Xiyabanında turistlərin qeyri-etik davranışının qarşısının alınması üçün, əslində, lazımi addımlar atılıb. Polis nəzarəti, kameralar var. Orada müəyyən tablolar üzərində informasiyalar mövcuddur. Eləcə də, onlar gəlməmişdən qabaq turistik bukletlərdə bu məlumatları oxuyurlar. Ona görə də hər turistin yanında bir nəzarətçi qoymaq olmaz. Bu cür hərəkətlər bütün dünyada turistlər tərəfindən həyata keçirilir. Bu da onların dünya görüşünün olmamasından, yaxud içkili olmasından, olduqları yerin həmin ölkə üçün nə qədər müqəddəs olduğundan məlumatsız olmalarından xəbər verir. Bu hadisələr də hər gün baş vermir. Onlara gördükləri işin nə qədər pis olduğu ilə bağlı məlumat veriləcək, inzibati tənbeh olunacaqlar. Təbii ki, həbs olunmazlar, çünki bu inzibati xətadır”.

Parlamentari vurğulayıb ki, dindirilmədən sonra həmin şəxslər deport edilə bilərlər:

“Həmin turistlərin deport olunması artıq dindirilən zaman özlərini aparmalarından, etdikləri hərəkətləri əsaslandırmalarından asılıdır. Onlar oraya, doğrudan da, məhz o cür hərəkət etmək üçün gəliblərsə və bu, təxribata xarakteri daşıyırsa, təbii ki, deport oluna bilərlər. Bu təsadüfən, dünyagörüşlərinin, məlumatlarının olmamasından və ya alkoqollu içkinin təsiri altında ediblərsə, məlumatlandırılarlar, inzibati tənbeh olunarlar. Onlar da üzr istəyib əfv edillmələrini istəyə bilərlər. Bundan sonra təbii ki, inzibati tənbehlə canlarını qurtararlar. Yox əgər bu, bilərəkdən edilibsə, təxribat xarakterlidirsə, artıq onların Azərbaycana nə üçün gəldikləri də araşdırıla bilər, deport da, həbs də oluna bilərlər.  Bu. onların törətdiklərin hadisənin miqyasından asılıdır. Yəni onlar bunu yalnız burada ediblər, yoxsa digər ərazilərdə də bu hərəkətlərə yol verib, video və foto çəkiblər. ölkələrinə qayıdanda Azərbaycana həqarət kimi istifadə etməyi planlaşdırırlarmı-bunlar hamısı hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və lazımi addımlar atılacaq”.

Избранный
35
50
konkret.az

10Источники