RU

İran ABŞ-a görə İrəvanı "topa tutdu"!


İran və Ermənistan arasında münasibətlər "sərinləşib". belə ki, İran İslam Respublikasının Strateji Xarici Siyasət Şurasının sədri Kamal Xərrazi Ermənistandan gələn nümayəndə heyəti ilə görüşündə sərt bəyanatla çıxış edib. O, Ermənistanla Azərbaycan arasında nəzərdə tutulan nəqliyyat dəhlizinə ABŞ şirkətlərinin investisiya və idarəçilik formatında qoşulmasına qarşı olduqlarını bildirib.

“Biz ABŞ-ın Ermənistanda istənilən formada iştirakı əleyhinəyik. Xüsusilə də nəqliyyat marşrutunun amerikalı şirkət tərəfindən idarə olunması bölgədə Vaşinqtonun gələcəkdə daha geniş müdaxilələrinə zəmin yarada bilər. Bu, İran üçün qəbuledilməzdir”, – deyə Xərrazi vurğulayıb. Görüşdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Gülüstənyan iştirak edib.

Mətləb

Избранный
33
50
baki-xeber.com

10Источники