RU

Dəhşətli virus sürətlə yayılır: minlərlə insan yoluxub, ölənlər var

Ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusu Çində sürətlə yayılmağa davam edir.

Publika.az xəbər verir ki, bu barədə Honq-Konqun Ətraf Mühit və Ekologiya üzrə katibi Tse Çin-van açıqlama verib.

Onun sözlərinə görə, bu il 16 ölkədə 240 mindən çox yoluxma və 90 ölüm hadisəsi qeydə alınıb. Tse qeyd edib ki, Honq-Konq virusa nəzarət etmək üçün robot itlərdən istifadə edəcək: "Gələn aydan etibarən təftiş qruplarının çatmaqda çətinlik çəkdiyi ərazilərdə pestisid səpmək üçün robot itlərdən istifadə sınaqları keçirəcəyik".

Tse bildirib ki, bu addımın məqsədi isti havalarda virusla mübarizə aparan işçilərin üzərinə düşən yükü yüngülləşdirməkdir: "Əgər bu sınaq uğurlu olarsa, biz daha çox robot itlər alacağıq. Hökumət, həmçinin ağcaqanadlarla mübarizə üsullarını araşdırmaqda davam edəcək”.

Избранный
13
34
publika.az

10Источники