RU

Elmar Məmmədov Malta ordeninin kavalerinin həyatını xilas edib

Bu günlərdə San-Marino Respublikasında Azərbaycanın böyük və həqiqi dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstandakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu Malta ordeninin ali mükafatı – Maltanın Böyük Xaçı ilə təltif edilib.

Vətəninfo.Az -ın məlumatına görə, A.Qriqoriu Vesti.Az-a açıqlamasında bildirib ki, mükafatlandırma mərasimi zamanı hər bir azərbaycanlının bilməli olduğu hadisə baş verib.
“Mükafatlandırma mərasimimdə digər şəxslərlə yanaşı, Malta Kavalerləri Müqəddəs İoann Qüds Suveren Ordeninin Şahzadəsi və Böyük Ustası Tornbyorn Paterno Castellonun dəvəti ilə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov da iştirak edib. O, ehtiyatda olan polkovnikdir və uzun illər Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edib, Heydər və İlham Əliyevin təhlükəsizliyini təmin edib. Müqəddəs Fransisk Assisi kilsəsində keçirilən mərasimdən sonra Elmar təmiz havaya çıxmaq qərarına gəlib. Kilsənin eyvanında o, Malta ordeninin kavaleri Karlo Brizionun yanında idi. Bu zaman K. Brizio infarkt keçirib. O, boğulmağa başladı və Elmar ona dəstək verməsəydi, az qala daş plitələrin üzərinə yıxılacaqdı”, – deyə A.Qriqoriu bildirib.
Onun sözlərinə görə, E. Məmmədov başını itirməyib və K. Brizionu yerə uzadaraq, boynunu paltardan çıxarıb və ürəyinə masaj edib. “Küçədə bir nəfərin özünü pis hiss etdiyini öyrənən kilsədə olanlar həyətə qaçdılar. Xoşbəxtlikdən Elmar başını itirmədi və adamın həyatını xilas etdi. Heydər Əliyev mühafizəsi məktəbindən keçmək bu deməkdir. K. Brizionun həyat yoldaşı ona minnətdarlığını bildirdi və qeyd edir ki, Allahın lütfü özü onu San-Marinoya gətirib”.
“Elmar onun nəcib əməlini yaymayıb. Amma mən bunu onun üçün etmək qərarına gəldim. Qoy hamı və ilk növbədə azərbaycanlılar bilsinlər ki, onların arasında Malta ordenli Kavalerin həyatını xilas edən çox təvazökar və nəcib bir həmyerlimiz var. Bu hərəkət hörmət və tərifə layiqdir”.
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov Vesti.Az-a müsahibəsində bu məlumatı təsdiqləyib.

Избранный
7
50
veteninfo.az

10Источники