RU

Bakıda 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Fatimə Bağırova ifadə verərək bildirib ki, təqsirləndirilən Elnur Əhmədlini tanımır: “Mərkəzdə gündüz növbəsində tibb bacısı vəzifəsində çalışıram. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Şöbəmizdə olan uşaqları başqa mərkəzə, məni və başqa iki tibb bacısını “Yeni Klinika”ya göndərdilər. Təqsirləndirilən şəxslərə gəldikdə isə Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Onu da yuxarı qan, plazma götürməyə gedəndə bir-iki dəfə görmüşəm. Bizim şöbədə elektrik uzadıcılarından istifadə edilirdi, bununla bağlı qadağa qoyulmamışdı”.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova da prosesdə ifadə verib. O, hadisə baş verən gün mərkəzdə olmadığını bildirib: “Mən mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. İşim tibb bacılarının fəaliyyətinə nəzarət etməkdir. Gəldim gördüm ki, şöbəmiz su içindədir, hər şey yararsız vəziyyətə düşüb. Təqsirləndirilən şəxsləri tanıyıram. Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə mərkəzin akt zalında TƏBİB iclas keçirdi. Struktur dəyişikliyi baş verdi. Bunu bizə iclas zamanı dedilər. Buna etiraz edənlər də oldu, lakin xeyri olmadı. Bizi şöbə etdilər və Hamlet həkimin bölməsinin tabeliyinə verildik. Əvvəl 2 otağa baxırdıq, daha sonra 4 oldu. Xəstə çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvezlər bir-birinə çox yaxın oldu. Uşaqların çoxluğundan otağa girmək mümkün deyildi. İş yükü çox idi. Ağır xəstə olan 2 uşağa 1 tibb bacısı, orta ağır olan 4 uşağa 1 tibb bacısı baxırdı. Ümumi 15 tibb bacısı var idi. Dəfələrlə Mehriban xanıma yükümüzün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxa bilər”, deyirdi”.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Избранный
5
50
azpost.info

10Источники