RU

Əmək Müfəttişliyi Xidmətinə isti havalarla əlaqədar 6 müraiət daxil olub

2025-ci ildə 41 dərəcə selsidən çox olan hava şəraitində çalışan işçilərdən Dövlət Əmək Müfəttişliyi Xidmətinə 6 müraciət daxil olub. Bu barədə anews.az-ın sorğusuna qurumdan bildirilib.

Müraciətlər düzgün təminatların verilməməsi və ya səhhətinin pozulması halları ilə bağlı olub. 

"Daxil olan müraciətlərlə bağlı araşdırma aparılaraq, qanunvericiliyə uyğun tədbirlər görülüb. Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərə mütəmadi qaydada müraciət edilir və qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılır",- məlumatda qeyd olunub.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Aytac Zeynalova

Избранный
3
49
anews.az

10Источники