RU

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlikanalizi təqdim edib.

11–15 avqust 2025-ci il tarixləri arasında dünyaiqtisadiyyatı və maliyyə bazarlarında əhəmiyyətli hadisələr başverdi. Bu dövrdə ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) vəİstehsal Qiymətləri İndeksi (PPI) açıqlanmış, Avropa ölkələrində vəYaponiyada Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri dərc edilmişdir.Eyni zamanda, ötən həftənin cümə günü ABŞ Prezidenti Donald Trampvə Rusiya Prezidenti Vladimir Putin arasında Alaska hərbi bazasındabaş tutan görüş qlobal maliyyə bazarlarında ciddi diqqət mərkəzinəçevrilmişdir.

ABŞ İqtisadi Göstəriciləri: CPI vəPPI

12 avqust 2025-ci il tarixində ABŞ-daİstehlak Qiymətləri İndeksi (CPI) göstəricisi açıqlanıb. İllikinflyasiya 2.7% səviyyəsində qeydə alınıb ki, bu, əvvəlki 2.8% iləmüqayisədə yüngül azalma deməkdir. Aylıq müqayisədə isə CPI 0.1%azalıb. Aşağı inflyasiya göstəricisi bazarlarda Federal EhtiyyatlarSisteminin (FEED) faiz siyasətinə dair mülayim gözləntilərigücləndirib.

Ötən həftə açıqlanan İstehsal Qiymətləri İndeksi (PPI)göstəricisi isə istehsal qiymətlərində əvvəlki ayla müqayisədə 0.9%artım olduğunu göstərib. Bu göstərici inflyasiyanın istehsalmərhələsində də sabitləşmənin olmadığı göstərir və istehlakbazarına təzyiqin yüksək olduğu fasktını ortayaqoyur.

Avrozona, İngiltərə və Yaponiya: ÜDM Göstəriciləri

Avrozona:
Avrozonada ÜDM göstəricisi 2-ci rübdə illik 1.4% artıb ki, bu,əvvəlki 1.5%-lik artım göstəricisindən azdır. Xüsusilə Almaniya vəİtaliya iqtisadiyyatında yavaşlama müşahidə olunub.

İngiltərə:
İngiltərənin ÜDM-si 2-ci rübdə illik 1.2% artaraq, gözləntilərəyaxın nəticə göstərib (ötən ay 1.3%). Bank of England faizsiyasətində dəyişiklik etməyə hazır görünür, lakin iqtisadiyavaşlamanı nəzərə alaraq ehtiyatlı qalır.

Yaponiya:
Yaponiya 2-ci rübdə ÜDM artımını 1.0% səviyyəsində açıqlayıb (ötənay 0.6%). Bu, ölkənin uzunmüddətli iqtisadi bərpa strategiyalarınauyğun olaraq mülayim artım tempini göstərir.

Maliyyə bazarına təsiri: Avro və funtsterlinq nisbətən sabit qalaraq qlobal bazarlarda risk iştahınıqoruyub. Yaponiya yenində kiçik zəifləmə müşahidə olunub, bu isəəsasən xarici investorların diqqətini ABŞ və Avro zonaiqtisadiyyatına yönəltməsi ilə izah olunur.

Geosiyasi Hadisələr: Tramp-Putin Görüşü

15 avqust 2025-ci il tarixində ABŞPrezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alaskahərbi bazasında görüşüb. Görüşün əsas gündəliyi Ukrayna məsələsi vənüvə razılaşması imkanları olub. Rəsmi açıqlamalarda iki liderindialoqun konstruktiv olduğu, lakin konkret nəticələr barədə razılıqəldə olunmadığı vurğulanıb.

Maliyyə bazarına təsiri: Görüşxəbərləri qlobal investorlar tərəfindən diqqətlə izlənib. Xüsusiləenerji və silah sektoru qiymətlərində volatil hərəkətlər müşahidəolunub. Brent nefti qiymətləri görüş günü ucuzlaşaraq 67.30$-da65.90$-a yüksəlib. Bununla yanaşı, Avropa səhmləri və qlobalindekslərdə qısa müddətli ticarət dalğalanmaları baş verib.

11–15 avqust 2025-ci il tarixləri dünya maliyyəbazaları üçün həssas bir dövr olub. ABŞ-da inflyasiyagöstəricilərinin aşağı olması, Avrozona və İngiltərədə ÜDM-insabitləşməsi, Yaponiya iqtisadiyyatındakı mülayim artım investorlarüçün əsas göstərici olub. Tramp-Putin görüşü isə qlobal riskiştahına qısa müddətli təsir göstərərək enerji və müdafiəsektorunda qiymət dalğalanmalarına səbəb olub.

Ümumilikdə, qlobal maliyyə bazarları geosiyasihadisələrə həssas qalmaqla yanaşı, iqtisadi göstəricilər əsasındauzunmüddətli trendi qoruyur. Növbəti həftələrdə ABŞ-da istehlak vəistehsal qiymətləri, Avropada makroiqtisadi göstəricilər və enerjiqiymətləri bazarların istiqamətini müəyyən edəcək əsas faktorlarolaraq qalacaq.

Yeni həftə ərzində maliyyə bazarlarında diqqətlərəsasən Amerikada hər il baş tutan “Jackson Hole” Simpoziumu,Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitesinin sontoplantısının dərc olunacaq protokolları, ABŞ-da, Almaniyada,Avrozonada, İngiltərədə açıqlanacaq Sənaye Sektorunda BiznesAktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi,Kompozit Biznes Aktivliyi İndeksi və Filadelfiya FED-dən SənayeSektorunda Biznes Aktivliyi İndeksi göstəricilərinə yönələcək.

Həftənin çərşənbə günü Avrozonada və İngiltərədə, cüməgünü isə Yaponiyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi vəİstehsal Qiymətləri İndeksi rəqəmləri də həftənin ən önəmlixəbərlərindəndir.

Həftə ərzində həmçinin, Yeni Zellandiya FederalEhtiyyatlar Sisteminin faiz qərarı, Kanadada yayımlanacaq CPİ,İngiltərədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi,Almaniyada dərc olunacaq ÜDM hesabatı kimi önəmli iqtisadigöstəricilər investorlar tərəfindən maraqla izləniləcək.

Cümə günü FED sədri Cerom Pavelin çıxışı da dllarındünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

EUR

Ötən həftəni 1.17000 həddində tamamlayan EURUSDməzənnəsi yeni həftəyə də artımla başlayıb.

Hazırda 1.17050 həddində ticarət olunan məzənnədə“buğalar” qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlayabilsələr, artım tendensiyası davam edə bilər.

Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyadavə Avrozonada açıqlanacaq makroiqtisadi göstəricilər avronunvalyuta birjalarında qiymətlərinə təsir edə bilər.

GBP

Ötən həftəni 1.35550 həddində tamamlayan GBPUSDməzənnəsi yeni həftənin əvvəlində də bahalaşır.

Bu həftə İngiltərədəXidmət Sektorunda Biznes Aktivliyiİndeksi, Kompozit Biznes Aktivliyi İndeksi və Pərakəndə SatışDövriyyəsinin Həcmi kimi iqtisadi göstəricilər funt-sterlinqindünya birjalarında qiymətlərinə yön verə bilər.

XAUUSD

İnvüstorlarının risk iştahının artması fonunda qızılötən həftəni enişlə tamamladı. Ötən həftəni 3336$ səviyyəsində başavuran sarı metalın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə,eniş tendensiyası artım tendensiyası davam edə bilər.

Избранный
15
15
az.trend.az

10Источники