Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 5 nəfər həlak olub, 30 mülki şəxs isə yaralanıb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı şəhərdə matəm elan edilib.
Bu barədə şəhər meri İqor Terexov Ukrayna mətbuatına açıqlamasında bildirib. Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, həlak olanlar arasında iki azyaşlı uşaq da var. Hücum nəticəsində ümumilikdə altı uşaq xəsarət alıb.
Kənan
Milli.Az