RU

"Ya Ukraynada hakimiyyət dəyişməlidir, ya da.." -Politoloq

Ötən günlərdə Amerika Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. 

Ukrayna Prezidenti Volodimir Zelenski görüşdə iştirak etsə idi, vəziyyət necə dəyişərdi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bidlirdi ki, bu görüşdə nəticənin olmaması əvvəlcədən məlum idi.

"Çünki tərəflərin arasında ciddi fikir ayrılığı var. Amerika Birləşmiş Ştatları nəyin bahasına olur-olsun müharibəni bitirməyin tərəfdarıdır. Tramp müharibəni bitirmək istəyir. Ancaq bu Ukraynanın ziyanınadır. Ukrayna xalqı uzun müddətdir ki, Rusiyaya qarşı savaşır. Faktiki olaraq bu ölüm-dirim savaşıdır. Volodimir Zelenski burada müqavimətin lideri kimi təqdim olunur. Belə olan halda Zelenskidən ərazi mübadiləsini tələb etmək normal bir hadisə deyil və Ukraynanın indiki prezidentinin buna gedəcəyi də gözlənilən deyil. Əgər buna getsə, bu müddətdə verdiyi, çəkdiyi əziyyətin üstündən xətt çəkmiş olacaq. Ya Ukraynada hakimiyyət dəyişməlidir, Ukraynaya təslimçi bir hakimiyyət gəlməlidir. Ukrayna xalqının da bunu qəbul edəcəyini gözləmirəm. Ya da Ukrayna xalqı savaşmaqda davam etməlidir. Müharibə necə dayandırıla bilər? Müvəqqəti atəşkəs müqaviləsidən.  Ancaq Ukraynanın bunu qəbul etməsi çox da inandırıcı deyil. İkinci bir məsələ isə Avropa ölkələrinin mövqeyidir".

Politoloq vurğuladı ki, Avropa ölkələri bu müddət ərzində Ukraynaya xeyli sayda maddi və silah təminatı göstərib:

"Bu yardımın qarşılığında onların əsas niyyəti Ukrayna cəbhəsindən Rusiyanın zəifləyərək çıxmasıdır. Çünki Rusiyanın faktiki olaraq aqressiyası Avropa üçün ciddi təhlükə törədir, xüsusilə də Baltikyanı ölkələr üçün bu təhlükəlidir. Düşünmürəm ki, nə Avropa ölkələri buna izin verməyəcək, nə də Ukrayna bunu qəbul etməyəcək. Əvvəlcədən elə görüşün nəticəsiz başa çatacağı məlum idi. Zelenskinin görüşdə iştirakı da elə bir əhəmiyyət kəsb eləmir. Ukrayna tərəfi bu şərtlər daxilində olan sülh müqaviləsini qəbul etməyəcək. Bu gün Volodimir Zelenskinin özünün yaxın müttəfiqi olan Avropa ölkələrinin liderləri ilə Vaşinqtona səfər etməsindəki əsas məsələ də məhz budur. Trampa bunu başa salmağa çalışacaqlar ki, bu cür şərtlərlə sülh müqaviləsi olmur və biz bunu heç vaxt qəbul etməyəcəyik", - deyə Zeynal Əmrəliyev əlavə etdi.

Aytəkin TOFİQQIZI

Избранный
49
50
redaktor.az

10Источники