Emal sənayesində 2025-ci ilin yanvar-iyul aylarında 11 727,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsal 3,4 faiz artıb. Qeyri-neft emal sənayesi üzrə artım 4,2 faiz təşkil edib.