RU

FIFA klublararası dünya çempionatını 48 komandaya qədər genişləndirə bilər

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) rəhbərliyi klublararası dünya çempionatının formatının dəyişdirilməsini müzakirə edir.Bu barədə "The Guardian" xəbər verir.

Turnirin indi olduğu kimi dörd ildən bir deyil, 2029-cu ildən başlayaraq iki ildən bir keçirilməsi təklif olunur. İştirakçı komandaların sayının 32-dən 48-ə çatdırılması və rəqabət səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün bir ölkədən ikidən çox komandanın iştirakına icazə verilməsi təklif olunur.

Beynəlxalq təqvim artıq ağzına qədər dolu olduğundan, iyunda yoldaşlıq görüşləri və milli komandaların turnirlərinin keçirilməsindən imtina edərək klublararası dünya çempionatının vaxtının uzadılması təklif edilir. Bu da öz növbəsində UEFA-nı Millətlər Liqasının təqvimini dəyişməyə məcbur edəcək.

2025-ci ildə ABŞ-da altı futbol konfederasiyasından 32 komandanın iştirakı ilə Klublararası Dünya Çempionatı keçirilib. Kuboku finalda Parisin “PSJ” klubuna 3:0 hesabı ilə qalib gələn Londonun “Çelsi” komandası qazanıb.

Almaz Həsənli

Избранный
19
8
oxumeni.az

10Источники