Bu sözləri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi, Türkiyədəki səfiri Tom Barrak Livanın paytaxtı Beyrut şəhərində Prezident Cozef Aunla keçirdiyi görüşün ardında mətbuataaçıqlamasındadilə gətirib.
"Zənnimcə ki, Livan öz üzərinə düşəni həyata keçirdi. Onlar ilk addımı atdılar. İndi gərək İsrail də saziş üzrə öhdəliyini yerinə yetirsin",– səfir vurğulayıb.
Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsindəİsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır.Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır.Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта