RU

Marsda sirli kürəciklər aşkar edildi

NASA-nın Marsda fəaliyyət göstərən “Perseverance” (Dözümlülük) roveri Qırmızı Planetin səthində demək olar ki, mükəmməl formalı qaya kürəcikləri aşkar edib.


Manset.az xəbər verir ki, kəşf 2025-ci il iyulun 5-də, roverin Marsdakı 1555-ci iş günündə ("Sol 1555") qeydə alınıb. Sferik daşlar "Rowsell Hill" adlı ərazidə roverin qoluna quraşdırılmış WATSON kamerası vasitəsilə görüntülənib.

Alimlərin sözlərinə görə, bu strukturlar Marsın keçmişində baş verən vulkan püskürmələri və ya meteoritlərin təsiri nəticəsində formalaşa bilər. NASA-nın apardığı ilkin analizlər nəticəsində müəyyən olunub ki, bu kürəciklər bazalt tərkiblidir və yüksək temperatur şəraitində yaranıb.

Qeyd edək ki, 2000-ci illərdə Marsda fəaliyyət göstərmiş “Opportunity” roveri də oxşar, lakin əsasən hematit tərkibli və daha tünd rəngli formalar aşkarlamışdı. Yeni kəşf edilən strukturlar onlardan həm tərkib, həm də yaranma şəraiti baxımından fərqlənir.

Избранный
7
3
manset.az

4Источники