RU

25 hektar sahədə "yeni nəsil yaşayış kompleksi" inşa olunacaq

Xəzər dənizi sahilində, "Sea Breeze"in mərkəzi ərazisində 25 hektarlıq sahədə "Port d’Azur" adlı "yeni nəsil yaşayış kompleksi" inşa olunacaq.

Marja.az xəbər verir ki, layihə "Azurro Development" komandası tərəfindən həyata keçiriləcək. 

"Port d’Azur" — "Sea Breeze"in tam mərkəzində, dənizdən cəmi beş dəqiqəlik məsafədə (sahildən 400 metr) yerləşir. 

"Port d’Azur" 7–18 mərtəbəli 3 urban tipli yaşayış blokundan ibarət olacaqdır. Kompleksdə studiyalardan 4-otaqlı mənzillərə qədər - 2 800 mənzilin tam təmirli və mebelli təhvili nəzərdə tutulur. Layihədə iki mərtəbəli mənzillər və penthauslar da yer alır. Kompleksin həyətində 3  üzgüçülük hovuzu inşa ediləcək. 

Qeyd edək ki, "Port d’Azur"ın Bakı Ağ Şəhərdə də satış ofisi fəaliyyətə başlayacaqdır. 

 

Xəzər dənizi Sea Breeze Port d’Azur yeni nəsil yaşayış kompleksi Azurro Development prestijli ərazi 25 hektar yaşayış bloku 7–18 mərtəbə urban tipli bloklar studiyalar 4-otaqlı mənzillər tam təmirli mənzillər mebelli mənzillər iki mərtəbəli mənzillər penthaus üzgüçülük hovuzu Bakı Ağ Şəhər satış ofisi mənzil layihəsi.
Избранный
14
16
marja.az

10Источники