RU

Daşkəsəndə 16 min manatlıq mal qara və at oğurlanıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin iyul-avqust ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 16000 manat olan 6 baş iribuynuzlu heyvanı və 2 rəst atı oğurlamaqda şübhəli bilinən, E. Əliyev, R. İsgəndərov və A. Alışanov saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
50
apa.az

10Источники