RU

İran və AEBA arasında müzakirələrin yeni raundu keçiriləcək – Bəqai

Bakı. Trend:

Qarşıdakı günlərdə İran və Atom Enerjisi üzrə BeynəlxalqAgentlik arasında müzakirələrin yeni raundu keçiriləcək.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, İran və AEBA arasında müzakirələr ötənhəftədən başlanıb.

Bəqai bildirib ki, İsrail və ABŞ-nin İranın dinc məqsədli nüvəobyektinə hava hücumlarından sonra AEBA ilə İran arasındaəməkdaşlıq yolu müəyyənləşməlidir. Çünki dincməqsədli nüvəobyektlərinə sahib bir ölkənin hücuma məruz qaldıqdan sonra AEBAmüfəttişlərinin həmin obyektlərə baxış keçirməsi ilə bağlı heç birtəcrübə olmayıb.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasındaABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdimetdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinəsəsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildənbəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmişobyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtındaəməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsiqeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uranfevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb.Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirməsəviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addımolduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığaçağırıb.

13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələrendirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi,generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilərölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Əlavə edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasınahava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Избранный
17
2
az.trend.az

10Источники