Azərbaycanda bir il ərzində 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.
AzEdu.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1279 uşağı hələ 18 yaşı tamam olmayan analar dünayaya gətirib. Onlardan 401-i şəhər yerində, 878-i isə kənd yerində doğulub.
Əvvəlki illərlə müqayisədə 18 yaşı tamam olmayan anaların dünyaya gətirdiyi uşaqların sayı azalıb.
Belə ki, 2023-cü ildə belə uşaqların sayı 1742, 2022-ci ildə isə 2011 olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта