RU

Avropa liderləri Ağ Evə yığışırlar

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Diqqətə çatdırılıb ki, Ukraynadakı müharibənin həlli istiqamətində danışıqların aparılacağı görüşə Fransa Prezidenti Emmanuel Makron, Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corca Meloni habelə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qoşulacaqlar.
Zelenski Trampın qəbuluna gedib

Donald Trampın əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşəcəyi, ardınca isə adları çəkilən dövlət və hökumət başçılarının iştirakı ilə çoxtərəfli danışıqların aparılacağı bildirilib.

Xatırladaq ki, avqustun 13-də bir sıra Avropa ölkəsinin dövlət və hökumət başçıları, habelə təşkilat rəhbərləri ABŞ və Rusiya liderlərinin Alyaskada avqustun 15-də baş tutmuş görüşündən qabaq Prezident Donald Trampla videokonfrans formatında danışıqlar aparmışdılar. Almaniya Kansleri Fridrix Mertsin təşkilatçılığı ilə keçirilən görüşdə iştirak məqsədilə Volodimir Zelenski də Berlinə yollanmışdı.

Firudin Həmidli
AzVision.az
Избранный
34
40
azvision.az

10Источники