RU

Rusiya Pokrovski və Zaporojye istiqamətlərində fəal hücumlara hazırlaşır Sırski

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Hazırda cəbhə xəttində vəziyyət olduqca çətindir və bu, Rusiyanın strateji hücum əməliyyatını davam etdirməsi ilə xarakterizə olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

“Hazırda düşmən yenidən qruplaşma aparır və iki əsas istiqamətə diqqətini cəmləyir. Bunlardan birincisi Rusiya üçün həlledici olaraq qalan Pokrovski istiqamətidir. İkincisi isə – düşmən hərbi hissələrini köçürdüyü Zaporojye istiqamətidir. Bu da o deməkdir ki, ruslar yaxın zamanda bu istiqamətdə də fəal hücum əməliyyatlarına başlamağı planlaşdırırlar”, – deyə Sırski bildirib.

Onun sözlərinə görə, hazırda Zaporojye istiqamətində hərbi fəallıq nisbətən zəifdir, lakin düşmən burada da güclü zərbə endirməyə çalışır – bu, əslində ötən il planlaşdırılan hücumun davamıdır. “Yəqin xatırlayırsınız, Kursk əməliyyatı onların bu planlarını pozmuşdu” – deyə baş komandan vurğulayıb.

Sırski əlavə edib ki, Rusiya ordusu Kursk istiqamətinə, o cümlədən 76-cı desant-hücum diviziyasını cəmləşdirib. “Vəziyyət çətindir, çünki düşmən davamlı olaraq hücumlar təşkil edir. Xüsusilə Pokrovski istiqamətində gündəlik olaraq təxminən 50-yə yaxın hücum qeydə alınır. Hazırda bu, cəbhənin ən çətin sahəsidir”, – deyə o bildirib.

Bundan əvvəl Britaniyanın “The Times” nəşri yazmışdı ki, Rusiya ordusu cəbhədə yeni və daha hiyləgər taktikalardan istifadə edir və bu, nəticə verir. İndi Rusiya daha az sayda “kütləvi ət maşını” tipli hücumlar təşkil edir, əvəzində öz əsgərlərindən Ukrayna müdafiə mövqelərini aşkarlamaq üçün yem kimi istifadə edir.

“Müharibənin ilk günlərində döyüşlər Ukrayna ordusunun hiyləgərliyi ilə Rusiyanın kobud gücü arasında bir qarşıdurma kimi təsvir olunurdu. Amma son döyüşlərdə əldə olunan sübutlar və Moskva qoşunlarının irəliləyişi göstərir ki, bu təsəvvür artıq köhnəlməkdədir”, – deyə nəşr qeyd edib.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Donbasda altı yaşayış məntəqəsi düşməndən təmizlənib. Azad edilən kəndlər arasında Qruzskoye, Rubejnoye, Novovodyanoye, Petrovka, Vesyoloye və Zolotoy Kolodets də var.

“Donetsk vilayətində yerləşən Dobropolye şəhəri istiqamətində sabitləşdirici əməliyyatlar davam edir. İşğalçılar təslim olmağa davam edirlər. Təkcə son sutka ərzində Donetsk vilayətində fəaliyyət göstərən 19-cu ordu korpusunun bölmələri 6 rus hərbçisini əsir götürüblər”, – deyə Baş Qərargahdan bildirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
50
bizimyol.info

10Источники