RU

Rəqsanə İsmayılova bu halda azadlığa ÇIXA BİLƏR

Xəbər vediyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs olunub. O, dələduzluqda təqsirli bilinir. Vətəndaşların şikayəti əsasında Sabunçu rayonunun polis əməkdaşları tərəfindən saxlanılan 1979-cu il təvəllüdlü müğənni iki nəfər zərərçəkənin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyaları və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinir. Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə" maddəsi üzrə cinayət işi başlanılıb.

Maraqlıdır, bu ittiham işi üzrə cinayət sübuta yetirilərsə, Rəqsanə İsmayılova neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov News24.az-a açıqlamasında bildirib ki, Rəqsanə İsmayılovanın təqsirləndirildiyi cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən başlanılıb:

"Bu maddə dələduzluq, yəni etibardan sui-istifadə etməklə əmlak və ya əmlak hüquqlarını əldə etmə kimi tanınır. Onun sözlərinə görə, əgər dələduzluq nəticəsində xüsusilə külli miqdarda ziyan vurulubsa, bu halda iş Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə araşdırılır və vurulmuş ziyanın həcmi 500 min manatdan artıq olduqda, həmin maddəyə uyğun cinayət işi başlanılır". 

Hüquqşünas qeyd edib ki, 178.4-cü maddəyə əsasən açılmış cinayət işinin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. O əlavə edib ki, əgər təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər ödənilərsə və zərərçəkənlə barışıq əldə olunarsa, həmçinin vurulmuş ziyanın 50 faizi dövlət büdcəsinə ödənilərsə, bu halda həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər:

"Belə hallarda məhkəmə praktikasında tez-tez barışıq mexanizmlərinə üstünlük verilir və bu, həm dövlət, həm də zərərçəkən üçün müəyyən qədər faydalı sayılır, çünki həm dəymiş zərərin əvəzinin ödənilməsi təmin olunur, həm də uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısı alınır".

Aqil Qarayev
News24.az

Избранный
34
29
news24.az

10Источники