RU

Ali Radanın sədri: Ukrayna üçün NATO-ya üzvlük daxili çağırış məsələsidir

Ukrayna üçün NATO-a üzvlük, Alyansa uyğunluq daxili çağırış məsələsidir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bu gün Kiyevdə hökumətin yeni fəaliyyət istiqamətlərinin təqdimatında deyib.

Onun sözlərinə görə, bu yolda irəliləməyə davam edəcəklər.

"Qanunvericilik aktları vasitəsilə bu barədə çoxdan qərar vermişik. Ukrayna parlamenti NATO yolunda strategiyanı həyata keçirməyə davam edəcək. Bu, geriyə dönməz bir prosesdir", - Ali Radanın sədri əlavə edib.

Избранный
17
50
report.az

10Источники