RU

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanılıb, cinayət işi başlanıldı

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

 

DİN Mətbuat Xidmətindən bildirildi ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

 

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

 

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Tarix: 18 Avqust 2025, 12:29   
Избранный
17
50
pravda.az

10Источники