RU

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edilib

Azərbaycanda sərxoş vəziyyətdə sərnişin daşıyan “İsuzu” markalı avtobus sürücüsü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, yoxlama zamanı sürücü Ağcabədi rayonu sakini Tural Hüseyn oğlu Əliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Избранный
51
37
xalqqazeti.az

10Источники