RU

Sırski Rusiya ilə daim müharibəyə hazır olamğa çağırıb

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Ukrayna Silahlı qüvvələrinin (USQ) Baş Komandanı Aleksandr Sırski “RBK-Ukrayna” telekanalına müsahibəsində belə deyib. O, diplomatların “müdrikliyinə və peşəkarlığına” əminliyini bildirsə də, həmişə yeni münaqişəyə hazır olmağın vacibliyinə diqqət çəkib. Çünki Rusiya istənilən vaxt hücum edə bilər. “Sülh bağlanacağı və ya müharibə dondurulacağı halda belə, biz daim ordunun döyüş qabiliyyətinin artırılmasının qayğısına qalmalı, müharibə təcrübəsini və ətraflı təhlildən sonra çıxarılan nəticələri nəzərə almalı, müasir, qüdrətli, yüksək texnologiyalı ordu yaratmalıyıq”, - Aleksandr Sırski bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar “istənilən vaxt” davam edə bilər və bu baxımdan, Ukrayna üçün təhlükə qalmaqdadır. Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Qərb liderləri ilə söhbətində USQ-nin Donbasdan çıxarılmasını istisna edib. Zelenski bildirib ki, Donbas “Rusiyanın Ukraynanın dərinliklərinə doğru irəliləməsinə mane olan qala rolunu oynayır”. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
50
azvision.az

10Источники